Məktəb xərcləri - 2025: Uşağın məktəbə hazırlanması nеçəyə başa gəlir? – VİDEOREPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Məktəb xərcləri - 2025: Uşağın məktəbə hazırlanması nеçəyə başa gəlir? – VİDEOREPORTAJ

11:36 - Bu gün
Məktəb xərcləri - 2025: Uşağın məktəbə hazırlanması nеçəyə başa gəlir? – VİDEOREPORTAJ

Yay tətilinin bitməsinə artıq çox az bir zaman qalıb və sentyabrın 15-də bütün Azərbaycanda 2025-2026-cı tədris ilinin ilk zəngi çalınacaq.

Bu müddət hər kəs üçün fərqli hisslər yaradır: uşaqlar yeni məktəb ilinin başlamasına sevinir, valideyinlər isə övladlarına məktəb forması, dərs ləvazimatları və digər lazımi əşyaları haradan və neçəyə almağın qayğısını çəkir.

Bunun üçün 1news.az bazar qiymətlərini araşdırıb və bir şagirdin yeni dərs ilinə hazırlaşmasında təxmini nə qədər büdcəyə ehtiyac duyulduğunu öyrənməyə çalışıb.

Müşahidələrimizə əsasən, məktəb ləvazimatlarının qiymətlərini təqdim edirik:

Dəftər - 0.20 AZN-dən 5 AZN-ə qədər;

Qələm - 0.20 AZN-dən 2 AZN-ə qədər;

Çantalar - 12 AZN-dən 150 AZN-ə qədər;

Rəngli karandaşlar – 0.90 AZN-dən 8 AZN-ə qədər;

Sadə karandaş - 0.15 AZN-dən 1.10 AZN-də qədər;

Karandaşyonan - 0.20 AZN-dən 1.50 AZN-ə qədər;

Plastilin – 0.90 AZN-dən 8 AZN-ə qədər;

Pozan - 0.10 AZN-dən 0.90 AZN-ə qədər;

Rəngli kağızlar – 0.50 AZN-dən 3.50 AZN-ə qədər;

Dəftər və kitab üzləri - 0.15 AZN-dən 0.35 AZN-ə qədər;

Rəsm albomu – 0.40 AZN-dən 1.90 AZN-ə qədər;

Qovluqlar - 0.40 AZN-dən 6.90 AZN-ə qədər;

Yapışqan - 0.30 AZN-dən 1.80 AZN-ə qədər;

Ağardıcı - 0.60 AZN-dən 1.30 AZN-ə qədər;

Flomaster – 1.20 AZN-dən 13.90 AZN-ə qədər;

Xətkeş - 0.20 AZN-dən 2.5 AZN-ə qədər;

Marker - qiyməti 0.10 AZN-dən başlayır 0.90 AZN-ə qədər

Qayçı – 0.50 AZN-dən 1.90 AZN-ə qədər;

Su qabıları – 3.5 AZN-dən 12.5 AZN-ə qədər;

Termoslar – 7.90 AZN-dən 15.50 AZN-ə qədər;

Faiqə Məmmədova

Foto+video: Nadir İbrahimli

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər