Yaponiyada Şinmoe vulkanı püskürüb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada Şinmoe vulkanı püskürüb - FOTO

Qafar Ağayev12:39 - Bu gün
Yaponiyada Şinmoe vulkanı püskürüb - FOTO

Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima prefekturasındakı Şinmoe vulkanında növbəti püskürmə qeydə alınıb.

1news.az Kyodo agentliyinə istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi Şinmoe vulkanında yerli vaxtla saat 04:53-də partlayış baş verdiyini açıqlayıb.

Məlumata görə, partlayış nəticəsində 5 min 500 metr hündürlüyə tüstü buludu qalxıb. Bununla əlaqədar 5 ballıq şkala üzrə 3-cü səviyyəli xəbərdarlıq elan edilib.

Qeyd olunub ki, Miyazaki və Kaqoşima prefekturalarının sakinlərinə kraterə yaxınlaşmamaq tövsiyə olunub.

Xatırladaq ki, Şinmoe vulkanında iyulun 3-də də partlayış qeydə alınmış, avqustun 10-da isə vulkan yenidən aktivləşərək 3 kilometr hündürlüyə kül püskürtməyə başlamışdı.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər