Külli miqdarda pirotexniki vasitələr və tütün məmulatları aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda pirotexniki vasitələr və tütün məmulatları aşkar edildi

Qafar Ağayev09:29 - Bu gün
Külli miqdarda pirotexniki vasitələr və tütün məmulatları aşkar edildi

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin və tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən 1news.az-a verilən məlumata görə, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı avtomobildən gömrük orqanlarına bəyan olunmayan, ümumilikdə 247 qutu müxtəlif adda pirotexniki vasitələr və 350 qutu tütün məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər