Beyləqanda daha bir yanğın törədən şəxs məsuliyyətə cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda daha bir yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Qafar Ağayev10:30 - Bu gün
Beyləqanda daha bir yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Sentyabr ayının 5-də Beyləqan rayonunun Baharabad qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, araşdırmalarla yanğını 61 yaşlı Nurəddin Arifovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 2 hektar ərazidə əkin sahəsi yanıb.

N.Arifov barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər