Bakıda növbəti əmək yarmarkası təşkil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda növbəti əmək yarmarkası təşkil olunub

Qafar Ağayev17:21 - Bu gün
Bakıda növbəti əmək yarmarkası təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakıda növbəti əmək yarmarkası keçirilib.

1news.az xəbər verir ki, Bakı Regional Məşğulluq filialının təşkilatçılığı ilə təşkil olunan aktiv məşğulluq tədbirində 60 işəgötürən tərəfindən 600-ə yaxın boş iş yeri təqdim edilib. Vakansiyalar əsasən satış, bank, tədris, mühasibatlıq və digər sahələr üzrə olub.

Tədbirdə Dövlət Məşğulluq Agentliyinin və işəgötürənlərin nümayəndələri iştirak ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan, ixtisası və peşəsi yarmarkaya çıxarılan vakansiyalara uyğun gələn namizədlər tədbirə dəvət edilib, onlara vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib. Yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib, ilkin müsahibələr keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi də yarmarkada öz stendi ilə iştirak edib. İşsiz və işaxtaran şəxslərə mərkəzin fəaliyyəti, həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.

Əmək yarmarkasında, həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də təmsil olunub. Yarmarka zamanı Mərkəzin fəaliyyəti və benefisiarlarla iş prinsipləri barədə ətraflı məlumat verilib, eyni zamanda, tədbir iştirakçılarının sualları cavablandırılıb. Həmçinin mərkəzin üzvləri tərəfindən müxtəlif istiqamətlər üzrə hazırlanmış əl işləri sərgilənib.

Paylaş:
114

Son xəbərlər

Bütün xəbərlər