Sərhədçilər Azərbaycan ərazisinə keçən İran vətəndaşlarını ölkələrinə təhvil verdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhədçilər Azərbaycan ərazisinə keçən İran vətəndaşlarını ölkələrinə təhvil verdilər

Qafar Ağayev09:51 - Bu gün
Sərhədçilər Azərbaycan ərazisinə keçən İran vətəndaşlarını ölkələrinə təhvil verdilər

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisindən Azərbaycana keçən İran vətəndaşları saxlanılıb.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb

Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada qarşı tərəfə təhvil verilib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər