Bakı Şəhər DYP İdarəsindən tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Şəhər DYP İdarəsindən tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏT

Qafar Ağayev10:03 - Bu gün
Bakı Şəhər DYP İdarəsindən tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏT

Paytaxtda yeni tədris ilinin başlanması ilə əlaqədar küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyi artacaqdır.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin yeni tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına müraciətində qeyd olunub.

"Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmasınlar.

Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik" deyə müraciətdə bildirilib.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər