Yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq - Nazir | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq - Nazir

Ayşən Salehli11:01 - Bu gün
Yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq - Nazir

"Bu il ümumilikdə 2,2 milyon nəfər təhsilalan müxtəlif pillələr üzrə tədris prosesinə cəlb olunacaq".

1news.az xəbər verir ki, nazir bu barədə yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə deyib.

" 226 min uşaq məktəbəqədər təhsilə, 1,6 milyon şagird ümumi təhsilə, 40 min nəfər peşə təhsilinə, 63 min nəfər orta ixtisas təhsilinə, 246 min nəfər isə ali təhsil müəssisələrinə qatılacaq".

Emin Əmrullayev əlavə edib ki, ölkə üzrə təhsil sahəsində fəaliyyət göstərən işçi heyətinin sayı 300 min nəfərə yaxın təşkil edir.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər