Emin Əmrullayev: “Sertifikatlaşdırma yalnız müəllimin işdən çıxarılması demək deyil” | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayev: “Sertifikatlaşdırma yalnız müəllimin işdən çıxarılması demək deyil”

Ayşən Salehli11:16 - Bu gün
Emin Əmrullayev: “Sertifikatlaşdırma yalnız müəllimin işdən çıxarılması demək deyil”

Sertifikatlaşdırma prosesi müəllimlərin işdən çıxarılması ilə məhdudlaşmır.

1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media üçüb brifinqdə bildirib.

Nazirin sözlərinə görə, sertifikatlaşdırma nəticəsində müəllimlərin əksəriyyətinin əməkhaqqı artır:

“Əgər 10 müəllimdən birinin müqaviləsinə xitam verilibsə, deməli, 9 müəllimin maaşı yüksəlib. Məktəblərdə çalışan pedaqoqlar bu prosesi dəstəkləyirlər. Təbii ki, ‘mənim balım 2 çatmadı ki, 51 bal yığım və maaşım 35 faiz artsın’ kimi fikirlər səslənəcək. Amma gördüyümüz odur ki, sertifikatlaşdırmadan sonra məktəblərdə müəllimlərin keyfiyyəti yüksəlir. Biz imtahan suallarını hazırlayarkən mümkün qədər humanist yanaşmağa çalışırıq”, – deyə nazir vurğulayıb.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər