Xalq artisti Hacı Murad Yagizarov Almaniyada müalicə aldığı xəstəxanada vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Hacı Murad Yagizarov Almaniyada müalicə aldığı xəstəxanada vəfat edib

14:32 - Bu gün
Xalq artisti Hacı Murad Yagizarov Almaniyada müalicə aldığı xəstəxanada vəfat edib

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Hacı Murad Yagizarov sentyabrın 13-də Münxendə müalicə aldığı xəstəxanada vəfat edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, ağır xəstəliklə mübarizə aparan Hacı Murad Yagizarov Münxendə müalicə alırdı.

Qeyd edək ki, 1939-cu ildə Bakıda anadan olan Hacı Murad Yagizarov 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. O, Azərbaycan kinosunun incilərindən sayılan “Arşın mal alan”, “Aygün”, “Bağ mövsümü”, “Bir cənub şəhərində”, “Böyük dayaq”, “Ulduz”, “Uzaq sahillərdə” və digər məşhur filmlərdə unudulmaz obrazların mahir ifaçısı kimi yadda qalıb.

Tanınmış aktyor 1982-ci ildə “Xalq artisti” fəxri adına, 1986-cı ildə Dövlət mükafatına layiq görülüb, 2009-cu ildə “Şöhrət”, 2019-cu ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər