Naxçıvanda toy karvanında qaydaları pozan şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

Qafar Ağayev15:53 - Bu gün
Naxçıvanda toy karvanında qaydaları pozan şəxslər saxlanılıb

Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan “Chevrolet” markalı avtomobilin sürücüsü Daşqın Həsənov, “Jaguar” markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, “Renault” markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və “Kia” markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib.

Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər