Masazırda 57 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazırda 57 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib

13:12 - Bu gün
Masazırda 57 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib

Abşeron rayonunun Masazır qəsəbəsində şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-də Masazır qəsəbəsində fərdi yaşayış evinin həyətində iş görən zaman elektrik cərəyanı vurması nəticəsində 1968-ci il təvəllüdlü Davud Cavadovun vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər