Samuxda avtomobil mağazaya çırpılıb, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Samuxda avtomobil mağazaya çırpılıb, xəsarət alanlar var

17:07 - 15 / 09 / 2025
Samuxda avtomobil mağazaya çırpılıb, xəsarət alanlar var

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Samux şəhəri ərazisində qeydə alınıb.

"VAZ 2107" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya çırpılıb. Qəza zamanı sürücü F.Həsənov və daha 3 nəfər xəsarət alıb.

Xəsarət alanlarlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
451

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər