Polis paytaxtda mağaza və avtomobildən pul oğurlayan şəxsləri saxladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis paytaxtda mağaza və avtomobildən pul oğurlayan şəxsləri saxladı

Qafar Ağayev12:39 - Bu gün
Polis paytaxtda mağaza və avtomobildən pul oğurlayan şəxsləri saxladı

Nərimanov rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər paytaxt sakininin avtomobilindən 200 min rubl (4000 manat), marketlərin birindən isə 1347 manat oğurlayıblar.

1news.az xəbər verir ki, Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Salmanov və 38 yaşlı E.Vəliyev saxlanılıblar. E.Vəliyevin üzərindən əlavə olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin də aşkarlanıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər