Bazar günü hava necə olacaq? - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bazar günü hava necə olacaq? - PROQNOZ

12:49 - Bu gün
Bazar günü hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəratinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Vurğulanıb ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 16-20, dağlarda gecə 0-5, gündüz 5-8 dərəcə isti olacaq.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər