Azərbaycan Qran-prisində “Formula 2” sprint yarışının qalibi bəlli olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
FORMULA 1

Azərbaycan Qran-prisində “Formula 2” sprint yarışının qalibi bəlli olub - YENİLƏNİB

Qafar Ağayev15:38 - Bu gün
Azərbaycan Qran-prisində “Formula 2” sprint yarışının qalibi bəlli olub - YENİLƏNİB

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi müəyyənləşib.

1news.az xəbər verir ki, “Hitech TGR” komandasının pilotu Dino Beqanoviç bütün rəqiblərini geridə qoyaraq qələbə qazanıb. Onun komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub, “Rodin Motorsport”dan Aleks Dann isə ilk “üçlüy”ü tamamlayıb.

Xatırladaq ki, dünən keçirilən sərbəst yürüşdə Aleks Dann, sıralama turunda isə “Dams Lukas Oil” komandasının pilotu Cek Krouford ən yaxşı nəticəni göstərmişdi.

Azərbaycan Qran-prisi sentyabrın 21-də yekunlaşacaq.

****

14:31

Bakıda Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2025-in ikinci günü keçirilir.

1news.az xəbər verir ki, yarış proqramı çərçivəsində Formula 2-nin sprint yürüşünə start verilib.

Qeyd edək ki, Formula 2-də sprint – əsas yarışdan əvvəl və ya sonra keçirilən qısa məsafəli yürüşdür. Formula 1-dən fərqli olaraq, F2-də hər yarış həftəsonunda iki yürüş təşkil olunur.

Xatırladaq ki, Bakı artıq doqquzuncu dəfə Formula 1 üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi edir. Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2025-in finalı sabah olacaq.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər