Bakıda “Formula 1” fan zonası: Simulyatorlar, konsertlər və unudulmaz əyləncə – FOTOREPORTAJ

“Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025” günlərində Bakı küçələri təkcə sürət yarışları ilə deyil, eyni zamanda fan zona ilə diqqət mərkəzində olur.
Burada azarkeşlər yarışın gedişatını izləməklə yanaşı, müxtəlif əyləncə və istirahət imkanlarından da yararlanırlar.
Fan zonalarda insanlar pilotları, komandaları və yarışın gedişatını canlı ekranlardan izləyir, şəkil çəkdirir və ölkəmizin mədəniyyətini, qonaqpərvərliyini hiss edirlər. Rəngarəng bayraqlar, musiqi və gülərüz könüllülər ab-havanı daha da canlandırır.
Uşaqlar üçün xüsusi oyun zonaları, ailələr üçün istirahət sahələri, həmçinin yemək və içki nöqtələri fan zonaların cəlbediciliyini artırır. Hər yaşdan insan burada bir araya gələrək yarış coşqusunu paylaşır.
1news.az-ın fotoreportajında Bakıda fan zonalarının canlılığını, azarkeşlərin enerjisini və şəhərin yarış əhval-ruhiyyəsini əks etdirən anlar təqdim olunur.
Qeyd edək ki, “Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025” 19-21 sentyabr tarixlərini əhatə edəcək.
Foto: Nadir İbrahimli




























