Yasamalda kanalizasiyanın daşmasının səbəbi açıqlandı - Qurumdan əhaliyə MÜRACİƏT

Bu gün Yasamal rayonu, Ayna Sultanova küçəsi 46-56 ünvanında kanalizasiya daşması ilə bağlı müraciət daxil olub.
Sakinlər bildirib ki, kanalizasiyada daşma olduğu üçün ətrafa pis qoxular yayılır. Bəs görəsən kanalizasiya quyusunda daşmaya səbəb nədir?
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən 1news.az-ın sorğusu cavab olaraq bildirilib ki, ünvanda tullantı su xəttində tutulma baş verib.
“Tutulmaya səbəb sakinlərin şəbəkəyə müxtəlif məişət tullantıları atması olub. Xəttin təmizlənməsi zamanı oradan daş çıxarılıb.Müvafiq rayon sukanal idarəsinin qəza briqadası dərhal əraziyə cəlb edilib, xəttdən kənar əşyalar çıxarılaraq onun normal fəaliyyəti bərpa olunub.
Qeyd olunub ki, belə halların təkrarlanmaması üçün sakinlərdən xahiş olunur – şəbəkəyə yalnız tullantı suyu axıdılsın, məişət tullantıları və kənar əşyalar atılmasın” - açıqlamada qeyd olunub.