Elm və təhsil naziri Macarıstanın mədəniyyət və innovasiya naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Elm və təhsil naziri Macarıstanın mədəniyyət və innovasiya naziri ilə görüşüb

Qafar Ağayev15:23 - 24 / 09 / 2025
Elm və təhsil naziri Macarıstanın mədəniyyət və innovasiya naziri ilə görüşüb

Sentyabrın 24-də elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiya naziri Balazs Hanko ilə görüşüb.

Bu barədə 1news.az-a Elm və Təhsil nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

Paylaş:
224

Son xəbərlər

Bütün xəbərlər