Ət, heyvan və quş cəmdəklərinin baytarlıq damğası ilə nişanlanması məcburi olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Ət, heyvan və quş cəmdəklərinin baytarlıq damğası ilə nişanlanması məcburi olacaq

Qafar Ağayev12:27 - Bu gün
Ət, heyvan və quş cəmdəklərinin baytarlıq damğası ilə nişanlanması məcburi olacaq

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq.

1news.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun qərarı ilə Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər