Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Qafar Ağayev10:16 - Bu gün
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 27-də Bakı–Ağstafa, sentyabrın 28-də isə Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.

Bu barədə 1news.az-a ADY-yə istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfərlər təşkil olunur.

Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər