Ceyhun Kərəmov və Elnur Nəsibov vəzifələrindən azad edildilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Kərəmov və Elnur Nəsibov vəzifələrindən azad edildilər

Qafar Ağayev09:51 - 02 / 10 / 2025
Ceyhun Kərəmov və Elnur Nəsibov vəzifələrindən azad edildilər

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.

1news.az xəbər verir ki, Direktor səlahiyyətlərinin icrası agentliyin direktor müavini Simnar Məmmədovaya həvalə olunub.

Bundan başqa, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov da vəzifəsindən azad edildiyini açıqlayıb.

O, sosial şəbəkə hesabında paylaşım edərək, beş illik fəaliyyətindən sonra təhsil sistemindən ayrıldığını bildirib və başda nazir Emin Əmrullayev olmaqla bütün həmkarlarına təşəkkür edərək onlara uğurlar arzulayıb.

Paylaş:
226

Son xəbərlər

Bütün xəbərlər