Oksford Universitetinin tələbəsi ASAN təcrübəsindən yazıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oksford Universitetinin tələbəsi ASAN təcrübəsindən yazıb

Qafar Ağayev10:49 - 03 / 10 / 2025
Oksford Universitetinin tələbəsi ASAN təcrübəsindən yazıb

Oxford Universitetinin Blavatnik İdarəçilik Məktəbinin bloqunda ölkəmizin “ASAN xidmət” təcrübəsinə həsr olunmuş məqalə dərc olunub.

1news.az xəbər verir ki, sözügedən məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Oksford Universiteti arasında qurulmuş əməkdaşlıq çərçivəsində “ASAN xidmət”də təşkil olunmuş Yay Təcrübə Proqramında iştirak etmiş Oksford Universitetinin tələbəsi tərəfindən hazırlanıb.

Məqalədə qeyd olunur ki, “ASAN xidmət” mərkəzləri müxtəlif dövlət qurumlarının xidmətlərini bir araya toplayaraq vahid məkan prinsipi əsasında vətəndaşların dövlət xidmətlərinə rahat çıxışını təmin edir. Eyni zamanda məqalədə ASAN təcrübəsinin ölkədə dövlət xidmətlərində innovativ həllərin tətbiqini genişləndirdiyi, eləcə də müvafiq sahə üzrə şəffaflığı təmin etdiyi bildirilir. Bununla yanaşı bu model dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirmək baxımından da əhəmiyyətli təcrübə kimi dəyərləndirilir.

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər