Azyaşlının əli ətçəkən maşında qaldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azyaşlının əli ətçəkən maşında qaldı - FOTO

Qafar Ağayev16:58 - Bu gün
Azyaşlının əli ətçəkən maşında qaldı - FOTO

Azyaşlının əli ətçəkən maşında qalıb.

1news.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, 2 yaşlı körpə Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Tibb müəssisəsində körpənin əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım göstərilib.

27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub.

Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər