Azərbaycanda 9 ayda 221 yeni dövlət standartı qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 9 ayda 221 yeni dövlət standartı qəbul edilib

Qafar Ağayev16:36 - Bu gün
Azərbaycanda 9 ayda 221 yeni dövlət standartı qəbul edilib

Bu ilin yanvar-sentyabr aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Sandartlaşdırma İnstitutu (AZSTAND) 221 yeni dövlət standartı qəbul edib.

1news.az AZSTAND-a istinadən xəbər verir ki, bu normativ sənədlər müxtəlif sahələr üzrə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

O cümlədən, 9 ay ərzində qida texnologiyası və kənd təsərrüfatı üzrə 44, tikinti materialları üzrə 9, informasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 27, neft-qaz və əlaqəli texnologiyalar üzrə 17, ətraf mühit üzrə 21, nəqliyyat sahəsi üzrə 7, idarəetmə və keyfiyyət üzrə 10, rezin və plastik sənaye üzrə 2, zərgərlik sahəsi üzrə 4, tekstil və dəri texnologiyası üzrə 16, əməyin təhlükəsizliyi üzrə 58, metrologiya, ölçmə sistemləri və cihazlar üzrə 1, kimya texnologiyası sahəsi üzrə 1, qablaşdırma, kağız, karton sahəsi üzrə 3, səhiyyə və tibb sahəsində 1 dövlət standartı qəbul edilib.

Bundan başqa, hesabat dövründə 65 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 57 dövlət standartı ləğv edilib.

Sahibkarların sifarişi əsasında 104 texniki şərt hazırlanıb və ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər