Ağdamda atası tərəfindən şiddətə məruz qalan azyaşlı sağalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda atası tərəfindən şiddətə məruz qalan azyaşlı sağalıb

Qafar Ağayev16:31 - Bu gün
Ağdamda atası tərəfindən şiddətə məruz qalan azyaşlı sağalıb

Ağdamda atası tərəfindən şiddətə məruz qalan 2 yaşlı Musa sağalıb.

1news.az xəbər verir ki, bu sözləri Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu öz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bir neçə gün öncə həyatda sağ qalması belə möcüzə sayılan azyaşlı yaşamaq üçün mübarizəsini qalib başa vurub.

"27 avqust 2025-ci il tarixində ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilən Musanın vəziyyəti dərhal Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də nəzarətə götürülərək, aidiyyəti qurumlarla birgə fəaliyyətə başlanılıb. Azyaşlının vəziyyətinin ağır olması səbəbindən onun təcili Bakıya – Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmasına qərar verilib. Həkimlərin səyi nəticəsində, həyat savaşı verən azyaşlı yenidən həyata qaytarılıb.

Hazırda Musanın vəziyyəti stabildir. Hələ də xəstəxanadadır, amma təhlükəli mərhələni geridə qoyub.

Qeyd edək ki, azyaşlının müalicəsi TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir",- deyə o əlavə edib.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər