DİN Astarada əməliyyat keçirib, 55 kq narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Astarada əməliyyat keçirib, 55 kq narkotik aşkarlanıb

Qafar Ağayev17:16 - 09 / 10 / 2025
DİN Astarada əməliyyat keçirib, 55 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Astarada əməliyyat keçirib.

1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Belə ki, Astara rayonunda baş tutan tədbir zamanı 1977-ci il təvəllüdlü əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunmuş Elçin Cavadov saxlanılıb. Ondan 55 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana,metamfetamin və tiryək aşkarlanıb.

Araşdırma zamanı E.Cavadovun Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotikləri keçirən əsas şəxslərdən biri olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
145

Son xəbərlər

“Azərikard”dan açıqlama

09 / 10 / 2025, 20:15
Bütün xəbərlər