Bakıda itkin düşmüş şəxslər problemi ilə bağlı beynəlxalq konfrans keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda itkin düşmüş şəxslər problemi ilə bağlı beynəlxalq konfrans keçirilir

Qafar Ağayev09:44 - Bu gün
Bakıda itkin düşmüş şəxslər problemi ilə bağlı beynəlxalq konfrans keçirilir

Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.

1news.az xəbər verir ki, tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilir.

Konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevlə yanaş, İtkin Düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger, Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti Giorgio Battisti, Gürcüstan, Xorvatiya, Türkiyə, Moldova və başqa ölkələrdən nümayəndələr iştirak edirlər.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər