Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

11:05 - 09 / 10 / 2025
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə 1news.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər