Sumqayıtda silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda silah-sursat aşkarlanıb

Qafar Ağayev09:14 - 10 / 10 / 2025
Sumqayıtda silah-sursat aşkarlanıb

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 39-cu kilometrliyində - yolun Sumqayıt şəhərindən keçən hissəsində yerləşən qəbiristanlıq ərazisində odlu silah və sursat aşkarlanıb.

1news.az-ın məlumatına görə, ərazidə keçirilən baxış zamanı 1964-cü il buraxılışlı 7,62 çaplı "AKM" markalı "Kalaşnikov" avtomatı, həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
160

Son xəbərlər

Bütün xəbərlər