Milli Məclisin deputatları Türkiyədə “Sıfır Tullantı” Forumuna qatılacaqlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin deputatları Türkiyədə “Sıfır Tullantı” Forumuna qatılacaqlar

Qafar Ağayev10:50 - Bu gün
Milli Məclisin deputatları Türkiyədə “Sıfır Tullantı” Forumuna qatılacaqlar

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Kamal Cəfərov oktyabrın 12-dən 18-dək Türkiyədə səfərdə olacaqlar.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, millət vəkilləri səfər çərçivəsində Ankara və İstanbul şəhərlərində Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyində və “Sıfır Tullantı” Fondunda ikitərəfli görüşlər keçirəcəklər, həmçinin “Sıfır Tullantı” Forumunun işinə qatılacaqlar.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər