Xalq artisti Ramiz Quliyev vəfat edib - YENİLƏNİB

Azərbaycan musiqiçisi, görkəmli tarzən, Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Quliyev oktyabrın 15-də vəfat edib.
Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Xatırladaq ki, Ramiz Quliyev 1947-ci ildə Ağdam rayonunda anadan olub. 1960-cı ildə Üzeyir Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
1974–1992-ci illər ərzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ramiz Quliyev “Şərəf” , “Şöhrət”, ordenləri, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.
10:08
Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib.
1news.az Oxu.Az-a istinadən xəbərinə görə, bunu Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.
"Atam bu gün səhər saatlarında dünyasını dəyişdi", - deyə Ə.Quliyev bildirib.