İran etirazlarında ölən və saxlanılanların sayı açıqlandı | 1news.az | Xəbərlər
Dünya

İran etirazlarında ölən və saxlanılanların sayı açıqlandı

Qafar Ağayev12:14 - 10 / 01 / 2026
İran etirazlarında ölən və saxlanılanların sayı açıqlandı

İranda 13 gündür davam edən etirazlarda 50 aksiyaçı ölüb, 2300-dən çox şəxs saxlanılıb

1news.az xəbər verir ki, İran İnsan Hakları Aktivistləri Xəbər Agentliyi (HRANA) tərəfindən yayımlanan hesabatda İranda 13 gündür davam edən etirazlar zamanı ölkənin 31 vilayətində baş verən hadisələrdə 7-si 18 yaşından kiçik olmaqla, 50 aksiyaçı və hüquq-mühafizə orqanlarına bağlı 15 nəfərin həyatını itirdiyi bildirilib.

Hesabata görə, ölkə üzrə ümumilikdə 2 311 nəfər saxlanılıb, onlarla insan isə yaralanıb. Yaralanmaların əksəriyyətinin saçma və plastik mərmilərin təsirindən meydana gəldiyi qeyd olunur.

İran hakimiyyətindən ölü və yaralılarla bağlı rəsmi açıqlama verilməyib. HRANA-nın 12-ci günə dair əvvəlki hesabatında ölü sayının 42, saxlanılanların sayının isə 2 277 olduğu bildirilmişdi.

Etirazlar 28 dekabr 2025-ci il tarixində Tahran Qapalı Çarşıda yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən başlamış, sonra ölkənin bir çox şəhərinə yayılmışdı. Tesnim Xəbər Agentliyi göstərib ki, yaralanan polis sayı 568, könüllü təhlükəsizlik qüvvələri olan “Bəsic” üzvlərinin sayı isə 66 nəfərə çatıb.

Ölkənin müxtəlif bölgələrində dövlət müəssisələrinə və nəqliyyat vasitələrinə ziyan dəydiyi, Tahranda isə əhaliyə “çıxmayın” xəbərdarlığı edildiyi vurğulanıb.

Paylaş:
269

Son xəbərlər

Bütün xəbərlər