“Ad günü” filminin qəhrəmanları 48 ildən sonra görüşüblər - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Ad günü” filminin qəhrəmanları 48 ildən sonra görüşüblər - FOTO

12:13 - Bu gün
“Ad günü” filminin qəhrəmanları 48 ildən sonra görüşüblər - FOTO

“Ad günü” filminin qəhrəmanları 48 ildən sonra görüşüblər.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov Azərbaycan Dövlət mükafatı laureatı, “Ad günü” filmindən tamaşaçılara yaxşı tanış olan David Uplisaşvili ilə Tbilisidə “Şükriyyə” tamaşasından sonra görüşüb.

H.İsmayılov gürcü həmkarına “Teatr xadimi” medalını və “Ad günü” filmində çəkildikləri kadrdan rəsm əsərini təqdim edib.

Qeyd edək ki, okyabrın 14-də Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrında böyük uğurla nümayiş olunub.

Xatırladaq ki, “Ad günü” filmi 1977-ci ildə çəkilib, rejissoru Xalq artisti Rasim Ocaqov, ssenari müəllifi isə Xalq yazıçısı Rüstəm İbrahimbəyovdur.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər