Kasım-Jomart Tokayevə və İlham Əliyevə “Orta Dəhlizin İnkişafı” layihəsi təqdim edilib | 1news.az | Xəbərlər
Siyasət

Kasım-Jomart Tokayevə və İlham Əliyevə “Orta Dəhlizin İnkişafı” layihəsi təqdim edilib

Qafar Ağayev12:09 - Bu gün
Kasım-Jomart Tokayevə və İlham Əliyevə “Orta Dəhlizin İnkişafı” layihəsi təqdim edilib

Dövlət başçılarına Qazaxıstan və Azərbaycan mütəxəssisləri tərəfindən Orta Dəhlizin inkişafı istiqamətində aparılan sistemli işlər barədə məlumat verilib.

1news.az xəbər verir ki, Qazaxıstan Prezidentinin müşaviri Asel Janasova Çin və Mərkəzi Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirən əsas nəqliyyat-logistika marşrutunun inkişaf planını təqdim edib.

Kasım-Jomart Tokayevə və İlham Əliyevə bildirilib ki, Orta Dəhlizin əsas inkişaf hərəkətverici qüvvəsi Çinlə Azərbaycana artan yükdaşımalar həcmləridir. Hazırda Çin sərhədindən Gürcüstan limanlarınadək tranzit daşımalar 15–18 gün ərzində həyata keçirilir. Proqnozlara görə, 2030-cu ilə qədər bu istiqamət üzrə yük axınları üç dəfə arta bilər.

Tədbir zamanı dövlət başçıları Orta Dəhlizin effektivliyinin və rəqabət qabiliyyətinin artırılmasına, həmçinin onun Avrasiya regionundakı tranzit rolunun möhkəmləndirilməsinə yönəlmiş konkret tədbirlər və təşəbbüslərlə tanış olublar.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər