“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalının saytında qeydiyyat başladı! | 1news.az | Xəbərlər
Mədəniyyət

“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalının saytında qeydiyyat başladı!

Qafar Ağayev17:51 - Bu gün
“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalının saytında qeydiyyat başladı!

Oktyabrın 31-dən noyabrın 2-dək incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı keçiriləcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsinin rəsmi saytı (www.bakuartweekend.az) artıq fəaliyyətdədir.

1news.az xəbər verir ki, saytda festivalın proqramı da incəsənətsevərlərin ixtiyarına verilib. Üç gün davam edəcək festivalın proqramında şəhərimizin müxtəlif ünvanlarında keçiriləcək 40-dan çox tədbir yer alıb.

Festivalda iştirak üçün saytda qeydiyyatdan keçmək mütləqdir və bu xidmət artıq bu gündən aktivdir. Qeydiyyatdan keçən hər kəsə e-mail ünvanına QR kod göndəriləcək. Festivalın əsas dəstəkçilərindən olan RİİB könüllüləri festival müddətində QR kodların yoxlanılması və ümumilikdə iştirakçıların düzgün istiqamətləndirilməsində iştirak edəcəklər. Eyni zamanda, festival zamanı uşaqlar üçün təşkil olunacaq əyləncəli proqramda iştirak edəcək hər bir uşağın da valideynləri qeydiyyatdan keçirməlidir. Festival zamanı bütün fəaliyyətlər ödənişsizdir.

Əlavə məlumat və suallar üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər