Xocalının Təzəbinə kəndinə yola salınan köç ünvanına çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalının Təzəbinə kəndinə yola salınan köç ünvanına çatıb

13:05 - Bu gün
Xocalının Təzəbinə kəndinə yola salınan köç ünvanına çatıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir.

Oktyabrın 23-də Xocalı rayonunun Təzəbinə kəndinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xocalı rayonunun Təzəbinə kəndinə bu mərhələdə 12 ailə olmaqla, 55 nəfər keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər