Almaniyanın sabiq kansleri: Müəyyən məsələlərdə ABŞ və Rusiya Avropa İttifaqını rəqib kimi də qiymətləndirirlər | 1news.az | Xəbərlər
Siyasət

Almaniyanın sabiq kansleri: Müəyyən məsələlərdə ABŞ və Rusiya Avropa İttifaqını rəqib kimi də qiymətləndirirlər

Qafar Ağayev13:43 - Bu gün
Almaniyanın sabiq kansleri: Müəyyən məsələlərdə ABŞ və Rusiya Avropa İttifaqını rəqib kimi də qiymətləndirirlər

“ABŞ və Rusiyanın maraqları bəzən üst-üstə düşür”.

1news.az xəbər verir ki, ABŞ və Rusiya bəzi sahələrdə maraqları üst-üstə düşə bilər, deyə Avstriyanın sabiq kansleri Alfred Gusenbauer XIII Baku Global Forum çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik və güc balansı: beynəlxalq hüquqa hörmət, yeni məsələlər və yeni çağırışlar” panelində bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitdə Qərbi bütövlükdə liberal demokratiyanın dayağı kimi təqdim etmək çətindir və bu mənada əsas istisna yalnız Avropa İttifaqıdır.

Sabiq kansler qeyd edib ki, Aİ daxilində bəzi ölkələrin kənar qüvvələrin maraqlarına uyğun davranması həm Rusiyanın, həm də ABŞ-ın maraqları ilə üst-üstə düşə bilər.

O əlavə edib ki, müəyyən məsələlərdə ABŞ və Rusiya Avropa İttifaqını rəqib və ya potensial qarşı tərəf kimi də qiymətləndirə bilirlər.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər