İran XİN-dən Müctəba Xameneinin vəziyyəti ilə bağlı rəsmi açıqlama
İranın yeni ali rəhbəri Müctəba Hüseyni Xamenei yaralanıb.
1news.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı yaralanıb və hazırda özünü yaxşı hiss edir.
Xatırladaq ki, həmin əməliyyat nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər həlak olub. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdə yerləşən hərbi bazalarına zərbələr endirməyə başlayıb.
120












