Bakı Dövlət Sirki iki illik fasilədən sonra fəaliyyətini bərpa edib | 1news.az | Xəbərlər
Mədəniyyət

Bakı Dövlət Sirki iki illik fasilədən sonra fəaliyyətini bərpa edib

Qafar Ağayev14:22 - Bu gün
Bakı Dövlət Sirki iki illik fasilədən sonra fəaliyyətini bərpa edib

Bakı Dövlət Sirki iki illik fasilədən sonra zəngin beynəlxalq proqramla qapılarını tamaşaçılarına açıb.

1news.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 24-də Bakı Dövlət Sirkinin kollektivi, eləcə də Macarıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Efiopiya və Argentinadan gəlmiş tanınmış sirk artistlərinin iştirakı ilə hazırlanan maraqlı proqramın açılışı olub.

Proqram çərçivəsində tamaşaçılar nəfəs kəsən akrobatik nömrələrə, heyrətamiz illüziya şoularına və hər yaş qrupu üçün nəzərdə tutulmuş əyləncəli səhnələrə şahidlik ediblər.

Bakı Dövlət Sirki paytaxt sakinlərini və şəhərimizin qonaqlarını bu möhtəşəm şouya qoşulmağa dəvət edir.

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər