Göyçayda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Aydın Nuriyev dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Aydın Nuriyev dəfn edilib

16:03 - 30 / 10 / 2025
Göyçayda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Aydın Nuriyev dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Aydın Nuriyev dəfn edilib.

1news.az "Report"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Aydın Nəriman oğlu Nuriyev 1966-cı il noyabrın 4-də Göyçayın Mırtı kəndində anadan olub. 1992-ci il fevralın 26-da Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.

Paylaş:
279

Son xəbərlər

Bütün xəbərlər