Binəqədidə 30 nömrəli Şəhər Poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb
TƏBİB rəhbərliyinin tapşırığına əsasən vətəndaş məmnunluğunun yüksəldilməsi, tibbi xidmətlərə əlçatanlığın artırılması, həmçinin 9 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması məqsədilə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 31 ünvanında yerləşən 30 nömrəli Şəhər Poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptek istifadəyə verilib.
Aptek Binəqədi rayonunun Biləcəri qəsəbəsi əhalisinin qeydiyyatda olduğu 15 nömrəli və Binəqədi qəsəbəsi əhalisinin qeydiyyatda olduğu 35 nömrəli Şəhər Poliklinikalarının imtiyazlı xəstələrinin dərman təminatını həyata keçirəcək.
Belə ki, Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti müəssisələrində qeydiyyatda olan imtiyazlı xəstələrin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir. Binəqədi rayonu ərazisində isə mərkəzləşdirilmiş aptek 9 nömrəli Şəhər Poliklinikasında (9-cu mikrorayon, Mir Cəlal küçəsi ünvanında) yerləşir. Bu isə vətəndaşların dərman təminatı zamanı bir sıra növbələrin yaranmasına səbəb olurdu.
9 nömrəli Şəhər Poliklinikasının mərkəzləşdirilmiş apteki 9-cu mikrorayon ərazisində yerləşdiyindən, məsafənin uzaq olması Biləcəri və Binəqədi qəsəbəsi sakinlərinə dərman təminatı zamanı bir sıra çətinliklər yaradırdı. Artıq bu çətinliklərə son qoyulur. Yeni fəaliyyətə başlayan aptekin yaxın məsafədə yerləşməsi sözügedən qəsəbələrin sakinlərinin işini xeyli asanlaşdıracaq.
Aptek ümumilikdə, 4692 nəfər əhaliyə tibbi xidmət göstərəcək. Bunlardan ümumilikdə, 2400 nəfəri 15 nömrəli, 2292 nəfəri isə 35 nömrəli Şəhər Poliklinikalarının dispanser qeydiyyatda olan xəstələrini əhatə edir.
Belə ki, 52 kvadrat metr sahədə yerləşən aptek müasir tibbi avadanlıqlarla təmin olunub.
Qeyd edək ki, əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə TƏBİB rəhbərliyi tərəfindən ilkin səhiyyə xidməti müəssisələrində tədbirlərin həyata keçirilməsi mütəmadi olaraq davam etdirilir.
Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti müəssisələrində qeydiyyatda olan imtiyazlı xəstələrin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir. Binəqədi rayonu ərazisində isə mərkəzləşdirilmiş aptek 9 nömrəli Şəhər Poliklinikasında (9-cu mikrorayon, Mir Cəlal küçəsi ünvanında) yerləşir. Bu isə vətəndaşların dərman təminatı zamanı bir sıra növbələrin yaranmasına səbəb olurdu.












