Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

12:23 - Bu gün
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdilər.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr etdilər.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər