Gəncədə yerləşən Cümə məscidinin təmiri üçün vəsait ayrılıb - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Gəncədə yerləşən Cümə məscidinin təmiri üçün vəsait ayrılıb - SƏRƏNCAM

14:38 - Bu gün
Gəncədə yerləşən Cümə məscidinin təmiri üçün vəsait ayrılıb - SƏRƏNCAM

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılıb.

1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ilkin olaraq 1,6 milyon (bir milyon altı yüz min) manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər