Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub

10:16 - 12 / 11 / 2025
Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub

Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.

1news.az “Qafqazinfo”ya istinadən hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.

Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.

İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.

Paylaş:
213

Son xəbərlər

Bütün xəbərlər