“Yves Rocher Azerbaijan” yeni “Glow Énergie [C+]” seriyasını təqdim edir - FOTO
12 noyabrda “Merchant Hotel Baku”da baş tutan təqdimatda “Yves Rocher”-in Fransa üzrə nümayəndələri brendin ən son yeniliyini – “Glow Énergie [C+]” seriyasını paylaşdılar.
Seriya, Yves Rocher laboratoriyalarında aparılan 22 illik araşdırmanın və 1 patentlə qorunan bitki mənşəli formullaşdırmanın nəticəsidir.
Seriyanın ulduz məhsulu “Glow Énergie [C+] Serum” 100% təbii mənşəli saf C vitamini ilə nasturtium (latinçiçəyi) ekstraktının sinergiyasına əsaslanır və C vitamininin təsirini 10 dəfə gücləndirən formul sayəsində dəri tonunu aydınlaşdırır, yorğun görünüşü azaldır, sağlam parlaqlıq bəxş edir. Bitki mənşəli C vitamini sinergiyası dərinin təbii parlaqlığını aktivləşdirir
Seriya tərkibi: parlaqlaşdırıcı serum, gündüz kremi, bərpaedici gecə serumu, gözətrafı kremi, pilinq maskası, SPF 50+ qoruyucu. Bütün dəri tipləri üçün gündəlik üz qulluğunda canlılıq və təravət hədəflənir.
“”Glow Énergie [C+]” ilə məqsədimiz dəriyə görünən canlı parlaqlıq bəxş edən, elmi əsaslı bitki mənşəli formul təqdim etməkdir,” – deyə “Yves Rocher”-in Fransa üzrə nümayəndəsi qeyd edib.
Kampaniya: Seriyaya 25% endirim tətbiq olunur; alış zamanı göz kremi hədiyyə (məhdud müddət). Tanış olmaq üçün “Yves Rocher” mağazalarına və yvesrocher.az saytına müraciət edin.
“Yves Rocher” haqqında: Brend artıq 25 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir və bitki mənşəli dəriyə qulluqda etibarlı ad kimi tanınır.
Media əlaqə:
“Yves Rocher Azerbaijan”
Tel: +994 77 255 24 25
E-mail: [email protected]


















