Sumqayıtda üç ov tüfəngi aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda üç ov tüfəngi aşkarlanıb

11:37 - 19 / 11 / 2025
Sumqayıtda üç ov tüfəngi aşkarlanıb

Sumqayıt şəhərində üç ov tüfəngi aşkar edilib.

1news.az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

Ərazidə keçirilən baxış zamanı iki ədəd "İJ" markalı qoşa lüləli, bir ədəd isə "Baikal" markalı tək lüləli ov silahı tapılaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
271

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər