Azərbaycan neftinin qiyməti yüksəlib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti yüksəlib.
1news.az-ın məlumatına görə, Azərbaycan neftinin bir barelinin dəyəri 0,53 ABŞ dolları və ya 0,8% artaraq 67,04 ABŞ dollarına çatıb.
Qeyd olunub ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,51 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın cari il üçün təsdiqlənmiş dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.
58












