Goranboyda yol qəzasında 2 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda yol qəzasında 2 nəfər xəsarət alıb

16:23 - 04 / 12 / 2025
Goranboyda yol qəzasında 2 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan magistralında qeydə alınıb. “VAZ 21016” markalı minik maşını "Mercedes" markalı avtomobilə arxadan çırpılıb.

Qəzada “VAZ”da olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər