Bakıda 21 yaşlı qadın doğuş zamanı ölüb
Bakıda 21 yaşlı qadın doğuş zamanı vəfat edib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dekabrın 3-ü saat 11 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada baş verib.
Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanovanın ölümünə səbəb doğuş zamanı halının pisləşməsi olub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
47












